Infoteka.az
Dünya

Rusiya Baş nazirinin müavini: “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi fəal şəkildə inkişaf edir”

“Bu gün üç marşrutdan ibarət Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi fəal şəkildə inkişaf edir".

İnfoteka.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Made in Russia – 2022” Beynəlxalq İxrac Forumunun “Dəyişikliklərin logistikası: təchizat zəncirlərinin transformasiyası və nəqliyyat-logistika axınları” adlı videomüraciət formatında keçirilən plenar iclasında deyib.

“Birinci marşrut, Dağıstan, Azərbaycan və İrandan keçməklə Xəzər dənizinin qərb sahili boyunca uzanır. İkincisi, dəniz marşrutudur. Bu, Xəzər dənizi hövzəsinin dövlətlərinin limanları arasında qarşılıqlı əlaqəni təmin edir. Üçüncü marşrut Xəzər dənizinin şərq sahili boyunca, yəni Rusiyadan başlayaraq, Qazaxıstan və Türkmənistandan keçərək İrana qədər uzanır”, - o bildirib.

A.Overçukun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü ondan ibarətdir ki, o, İranın dəniz limanlarına çıxışa imkan verir, Pakistan, Hindistan, Cənub-Şərqi Asiya, Fars körfəzi dövlətləri və Afrika bazarları ilə əlaqəni təmin edir.

Infoteka.az