Infoteka.az
Hərbi

Qazaxın 4 kəndindəki yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi

İşğaldan azad ediləcək Qazaxın Aşağı-Əskipara və Xeyrimli kəndlərinin yüksəklikləri bir güllə açılmadan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Bu barədə görüntüləri ermənilərə məxsus Telegram kanalları yayıb.

Mənbə yazır ki, eyni vəziyyət Bağanıs Ayrım və Qızıl Hacılı kəndlərində də müşahidə olunur.

Bu faktı erməni polkovnik Volodya Ovannisyan da təsdiq edib. 

O, sosial şəbəkədə yazıb ki, qardaşı oğlunun xidmət etdiyi Noyemberyan mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır:

“Ordumuz geri çəkilib. Söhbət 7-9 kilometrlik ərazidən  gedir. Hazırda minalardan təmizləmə işləri aparılır. Məqsəd türklərin maneəsiz irəliləməsidir. Kirants, Bağanis və Voskepardan 800 hektar onlara verilir”.

Xatırladaq ki, may ayının 15-dək adları çəkilən 4 kənd Azərbaycana təhvil veriləcək.

Infoteka.az