“Vətən üçün Tavuş” hərəkatı Azərbaycanla ərazi güzəştlərinə son qoyulması tələbi ilə sərhəddə yerləşən Xeyrimli kəndindən İrəvana qədər yürüşə başlayıb,
Bu barədə Xeyrimlidə erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.
“Hərəkat öz tərəfdarları ilə İrəvana getməyi və xalqımızın əvvəldən tələb etdiyi kimi, hökumətə ünvanladığı suallara cavabların verilməsini və Azərbaycanla delimitasiya prosesinə son qoyulmasını tələb etmək qərarına gəlib”, - deyə Qalstanyan qeyd edib.
Baqrat Qalstanyanın sözlərinə görə, yürüşün mayın 9-da günorta saatlarında İrəvana çatması planlaşdırılır. O, bəyan edib ki, hərəkatı təkcə Tavuşun deyil, Ermənistanın bütün rayonlarının sakinləri dəstəkləyir və Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.
Hadisə