Infoteka.az
Siyasət

Kuleba Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasından yazdı

“Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışdım”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba X səhifəsində yazıb.

“Mən Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında sazişi alqışladım.
Biz xarici işlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə siyasi məsləhətləşmələr aparmağa razılaşdıq”, - deyə o, qeyd edib.

Infoteka.az