Infoteka.az
Dünya

Çin lideri Avropa turuna Fransadan başladı

Çin lideri Si Cinpin Avropa turuna Fransadan başlayıb.

Bununla bağlı görüntüləri “Skynews” telekanalı yayıb.

Mənbə yazır ki, səfər proqramına prezident Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə birgə danışıqlar daxildir. 

Bu, Çin liderinin pandemiyadan sonra ilk səfəridir. 

Fransadan sonra o, Serbiya və Macarıstana səfər edəcək.

Infoteka.az