Infoteka.az
Siyasət

ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik”

“Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik”.

Bunu Füzuli və Şuşaya səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

Səfirliyin “X” hesabındakı paylaşımda qeyd olunub ki, Mark Libbi səfər çərçivəsində ABŞ-nin Azərbaycana yardımlarından danışıb. O bildirib ki, Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib:

“Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik”.

Infoteka.az