Bu ilin I rübündə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 107 milyon 881 min ABŞ dolları təşkil edib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% və ya 42 milyon ABŞ dolları artıb. Belə ki, ötən ilin müvafiq dövründə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 65 milyon 793 min ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixracın həcmi 66% artaraq 104 milyon 135 min ABŞ dolları, Portuqaliyadan Azərbaycana ixracın həcmi isə 29.6% artaraq 3 milyon 746 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycan ümumi ticarət dövriyyəsinin 1.11%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları təşkil edib.