Infoteka.az
Sosial

Muxtar Babayev İranın vitse-prezidenti ilə görüşüb

İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə İnfoteka.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb, ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Infoteka.az