Infoteka.az
Dünya

Avropa İttifaqı Rusiyanın “RIA Novosti”, “İzvestiya” və digər media qurumlarına qarşı sanksiya tətbiq edəcək

Avropa İttifaqı rusiyayönlü dezinformasiya yaymaqda ittiham olunan “Rossiyskaya qazeta”, “RIA Novosti“, “İzvestiya” və digər KİV-lərə qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

“Biz onları kütləvi informasiya vasitəsi olaraq tanımırıq, onlar sadəcə olaraq Putinin təbliğat vasitəsidir”, - agentlik Avropa Komissiyasının vitse-prezidenti Vera Yurovadan sitat gətirib.

Bir müddət öncə Fransa höküməti Avropa ölkələrinə “dezinformasiya” ilə mübarizə üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif etmişdi.

Infoteka.az