Infoteka.az
Dünya

Patriarx Kirill Putinə əsrin sonunadək hakimiyyətdə qalmağı arzuladı

Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Rusiya prezidenti Vladimir Putinə əsrin sonunadək hakimiyyətdə qalmasını arzulayıb.

Bununla bağlı görüntüləri rus mətbuatı yayıb.

“Aleksandr Nevski düşmənlərinə aman verməyib və müqəddəs bir insan kimi məşhurlaşıb", Rus Pravoslav Kilsəsinin rəhbəri bildirib.

O, prezidentə öyüd-nəsihət verib və əsrin sonuna qədər hakimiyyətdə olmağı arzulayıb:

“Allah nəsib etsin ki, əsrin sonu hakimiyyətdə qalmağınızın sonu kimi qeydə alınsın".

Infoteka.az