ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 88,55 ABŞ dollarından 87,79 dollaradək endirib.
2025-ci ildə “Brent” neftinin orta qiymətinin 85,38 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 86,98 dollar).
Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 83,05 dollar (öncəki proqnoz göstərici – 83,78 dollar), 2025-ci ildə isə 80,88 dollar (öncəki proqnoz – 82,48 dollar) səviyyəsində olacaq.
Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.