“Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”.
Bu sözləri Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib.
“2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi”, - deyə Prezident Radev əlavə edib.