Infoteka.az
Hadisə

Braziliyada hava limanını su basdı

Braziliyanın Porto Aleqri şəhərindəki Salqado Filho hava limanı güclü yağışdan sonra suyun içində qalıb. 

Bu barədə "CNN Brazil" məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda təyyarələrin və hava limanının binalarının suyun içində qaldığı əks olunub. 

Bu səbəbdən hava limanı mayın 30-dək eniş və uçuşları dayandırıb. Bu tarixlərdə eniş və uçuş planlaşdıran sərnişinlərə aviaşirkətlərlə əlaqə saxlayıb problemi şəxsən həll etmələri tövsiyə olunub.

Infoteka.az