Infoteka.az
İqtisadiyyat

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 mlrd. 151 mln. 642,1 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

Bu barədə BFB-yə istinadən xəbər verir. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 20%, dövlət qiymətli kağızların ticarət həcmində isə 79 % böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 196 % artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 86 % artım qeydə alınıb.

Əlavə edək ki, 2024-cü ilin aprel ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 mlrd. 768.8 mln. manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 31.8% böyümə qeydə alınıb.

Infoteka.az