2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir.
Bunu Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşündə çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə çalışırıq. SOCAR keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycanın enerji məhsulları, xüsusən də təbii qazı Bolqarıstana ixrac edilir. Bolqarıstandan olan qonaqlarımız da Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerji layihəsinə maraq göstərirlər",- deyə M.Cabbarov əlavə edib.