Infoteka.az
Sosial

Ölkə ərazisində yağıntılı hava nə zaman kəsəcək? - AÇIQLAMA

"Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasından mayın 8-i günün ikinci yarısından yağışın tədricən kəsiləcəyi ehtimal edilir".

Bu sözləri "Yağışlı havanın nə zaman bitəcək?" sualına cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, mayın 9-u və 10-u gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Mülayim cənub-qərb küləyi əsəcək. 9-u və 10-da havanın maksimal temperaturu 18-23 dərəcə isti olacaq. Bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz saatlarından yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. 10-da əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağıntılı olacağı ehtimalı var. Havanın maksimal temperaturu aran rayonlarında 20-25, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq". 

Infoteka.az