Türkiyə Bakıda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyi ilə bağlı proqramını açıqlayacaq.
Bu barədə Türkiyənin ətraf, şəhər və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank deyib.
O, bildirib ki, Türkiyə 2053-cü ildə sıfır emissiya strategiyasını hazırlamağa çalışır: “Uzaq perspektiv üçün iqlim dəyişikliyi strategiyası üzərində işləyirik. Bu il Bakıda “yol xəritəmizi” elan edəcəyik”.
Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi ilə istiqamətində 2024-cü il xüsusi əhəmiyyətə malikdir: “Bu ilki toplantının 2 əsas mövzusu iqlim fəaliyyəti və iqlim maliyyəsidir”.