Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Frank Riberi karyerasını başa vurub.
İnfoteka.az-ın məlumatına görə, 39 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Frank Riberi "Bavariya"dan başqa Türkiyədə "Qalatasaray", Fransada "Marsel", İtaliyada "Fiorentina" və "Salernitana" klublarının da formasını geyinib.