Baku TV-nin əməkdaşı Vətən müharibəsində Suqovuşan döyüşləri zamanı itkin düşən əsgər Elnur Qədirlinin ailəsini ziyarət edib.
Vətən müharibəsində itkin düşən 6 hərbçidən biri olan Elnurun anası ilə son telefon danışığı oktyabrın 7-də olub.
İtkin hərbçinin anası Gülxar Abdullayeva oğlunun həlak olduğuna hələ də inanmadığını deyir.
O əlavə edib ki, müharibədən sonra Elnuru hospitallarda, morqlarda axtarsalar da, tapa bilməyiblər.
“Həmişə deyirdi ki, səni saraylarda yaşadacam. Yaşatdı, amma özü yaşamadı”, - deyə G. Abdullayeva oğlunun arzularından danışarkən qeyd edib.
Ətraflı süjeti təqdim edirik: