Infoteka.az
Dünya

Pentaqon: Baydenin dövründə ABŞ-nin Ukraynaya yardımı 51 milyard dollara çatıb

Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının həcmi 51,3 milyard dollara çatıb.

Bu barədə Pentaqonun saytında məlumat verilib.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan transfer edilən yardımın həcmi 50,6 milyard dollar təşkil edib.

Bundan öncə Bayden bəyan edib ki, Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcək.

Infoteka.az