Infoteka.az
Dünya

Son iki həftədə Ukraynanı hədəf alan İran PUA-larının 85 faizi məhv edilib

"Son iki həftə ərzində Rusiyanın Ukrananı hədəf alan İranın “Şahed-136” pilotsuz uçuş aparatlarının məhv edilməsinin effektivliyi 85 faizdir".

İnfoteka.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnat deyib.

Onun sözlərinə görə, effektivliyin faiz nisbətinin artırılması üçün zamana ehtiyac var: "Ukrayna Silahlı Qüvvələri sentyabrın 13-də İran PUA-ları ilə hücumdan sonra onlara qarşı mübarizə yollarını öyrənib. “Şahed”lərin avtomat silahlarla vurulması səmərəsizdir. Bu dronlar xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə təhlükəlidir”.

Infoteka.az