Infoteka.az
Siyasət

Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xankəndidə Türkiyənin konsulluğunun açılması məsələsi ilə bağlı danışıb.

Cahit Bağçı bu barədə Fəxri Xiyabanda jurnalistlərin sualına cavab olaraq məlumat verib.

Belə ki, türkiyəli diplomat “Xankəndidə Türkiyə konsulluğunun açılması gözlənilirmi” sualına belə cavab verib:

“Xankəndinin hazır olmasını gözləyirik. Biz Şuşada konsulluq açmaqla bağlı müraciət etmişdik. İnşallah, dövlətimiz Azərbaycanla birgə bu məsələni dəyərləndirir. Zamanı gələndə konsulluq açılacaq”. 

Infoteka.az