Infoteka.az
Siyasət

Tramp: “Qalib gələrəmsə, Meksika ilə sərhədi bağlayacağam”

Qarşıdan gələn prezident seçkilərində qalib gələrəmsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacağam və Meksikadan gələn miqrant axınını dayandıracağam.

Bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə bildirib.

 

“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, - deyə o vurğulayıb.

Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.
Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.

Infoteka.az