Infoteka.az
İdman

Mourinyo "Fənərbaxça"ya gəlir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubu ilə danışıqlara başlayıb.

“Fənərbaxça” Mourinyonu komandaya baş məşqçi təyin etməkdə hədsiz dərəcədə maraqlıdır. Türkiyə klubu tərəfindən danışıqları idman direktoru Mario Branko aparır.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis hazırda heç bir klubun baş məşqçisi deyil. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub

Infoteka.az