"Sentyabr ayında Qarabağ Universitetində tədrisə başlanılması planlaşdırılır. Universitetin infrastruktur ilə bağlı işlər davam edir. İyun ayının sonunadək yataqxana və tədris binası ilə bağlı əsas işlər yekunlaşacaq. Lakin ümumi işlər avqust ayınadək davam edəcək".
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.
Nazir bildirib ki, 1200 yüz tələbənin Qarabağ Universitetində təhsil alması planlaşdırılır:
"Bütün tələbələrə təhsil ödənişsiz olacaq. Tələbələr yataqxana ilə təmin olunacaqlar. Hər bir ixtisas üzrə yüksək bal toplayacaq tələbələrə əlavə təqaüd verilməsi üçün işlər aparılır. Bu universitetə qəbul olacaq hər bir tələbə əlavə kompüterlə də təmin olunacaq".
Sosial