Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri həyəcaqn təbili çaldı.
“Xarkov vilayətində cəbhədə vəziyyət kritik həddə yaxınlaşır”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “The New York Times”a deyib.
Budanov Xarkov yaxınlığındakı vəziyyəti belə təsvir edib: “Xarkov vilayəti uçurumun astanasındadır”.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, Rusiya ordusunun Xarkov istiqamətində hücumu ölkənin onsuz da zəif olan hərbi ehtiyatlarını tükəndirmək məqsədi daşıyır.
Bundan əlavə, cəbhənin bu hissəsində müdafiəni gücləndirmək üçün Ukrayna komandanlığı qoşunları cəbhə xəttinin digər sektorlarından köçürməli olub.