Infoteka.az
Dünya

Zurabişvili “xarici təsir” haqqında qanun layihəsinə veto qoyacağını təsdiqləyib

Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici təsir” qanun layihəsinə veto qoyacağını bir daha təsdiqləyib.

Zurabişvili bunu CNN-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan üçün həlledici məqamdır.

Prezident polisin Tbilisidə “xarici təsir” qanununa etiraz edən nümayişçilərə müdaxiləsini “rus metodu” adlandırıb.

Infoteka.az