Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb.
Nazirlikdən bildirilib ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Akşin Ziyadov öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
Bundan əlavə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova da öz arzusu ilə tutduğu vəzifədən azad olunub.