Rusiya Prezidenti Vladimir Putin baş nazir Robert Fitsoya sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya prezidentinə teleqram göndərib.
Rusiya lideri baş verənləri qəzəblə qarşıladığını bildirib və bunu heç bir əsası olmayan dəhşətli cinayət adlandırıb.
“Mən Robert Fitsonu cəsarətli və iradəli bir insan kimi tanıyıram. Həqiqətən ümid edirəm ki, bu keyfiyyətlər ona bu çətin vəziyyətdən sağ çıxmağa kömək edəcək.
Xahiş edirəm, ona ən səmimi dəstək sözlərimi, habelə tezliklə sağalması ilə bağlı arzularımı çatdırın”, - deyə mətndə qeyd edilib.