Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Məlumata görə, tərəflər danışıq zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Qəzzada ən qısa zamanda qalıcı atəşkəsin yaradılmasının vacibliyi vurğulanıb. Hakan Fidan, İsrailin Rəfaha hücumunun da qəbuledilməz olduğunu bildirib.