Amerika Birləşmiş Ştatları 101-ci Hava Desant Diviziyasını hərbi təlimlərdə iştirak etmək üçün Avropaya yerləşdirib.
İnfoteka.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ-ın 101-ci Hava-Desant Diviziyası NATO ilə Rusiya arasında gərginləşən münasibətlər fonunda 80 ildə ilk dəfə olaraq Avropada peyda olub.
Belə ki, 4,7 min əsgərdən ibarət olan diviziya hazırda Rumıniyada yerləşirlər. Diviziya komandiri Avropaya NATO ərazisini qorumaq üçün gəldiklərini vurğulayıb.
Eyni zamanda, komandanlığın mövqeyi elədir ki, onlar növbəti gecə də döyüşə hazırdırlar və vəziyyətin gərginləşəcəyi təqdirdə sərhədi keçərək Ukrayna ərazisinə daxil olmaq niyyətindədirlər.