“Kiyevə ayrılan pullar Ukraynanın hesabına getmir, dərhal ABŞ iqtisadiyyatına qaytarılır”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində ölkə hesabına köçürülən vəsaitlərin taleyindən danışarkən deyib.
“Bu pullar Ukraynaya verilmir. Bu məbləğ Amerika fabriklərinə xərclənir, Amerikada iş yerləri açılır”, - deyə Zelenski qeyd edib.
Ukrayna lideri jurnalistin Vaşinqtonun Kiyevi dəstəkləmək üçün xərclədiyi vəsaitlərlə bağlı bir çox amerikalıların narahatlığı ilə bağlı sualına belə cavab verib: “Biz təkcə azadlığımız üçün mübarizə aparmırıq. Ukrayna olmasaydı, bu, başqa ölkə olardı, ABŞ o zaman da həmin ölkəyə maddi yardım göstərəcəkdi”.
Dünya