"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov karyerasını vətənində davam etdirə bilər.
32 yaşlı qolkiperin xidmətində “Dinamo” maraqlıdır.
Moskva təmsilçisinin təcrübəli futbolçunu yayda heyətinə qatmaq niyyətində olduğu bildirilir. Lunyovun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.