Moldova parlamenti mayın 16-da keçirilən iclasında ölkənin Avropaya inteqrasiyası ilə bağlı referendumun tarixini təsdiqləyib.
Bu barədə Moldova mətbuatı məlumat yayıb.
Məlumata görə, iclasda hakim “Hərəkət və Həmrəylik” (PAS) partiyasının 55 deputatı referendumun keçirilməsinin lehinə səs verib. Daha 20 müxalifət deputatı bitərəf qalıb, bir müxalifət deputatı isə əleyhinə səs verib.
Referendum 20 oktyabr 2024-cü ildə baş tutacaq.