Infoteka.az
Dünya

Rəsmi Moskvadan ABŞ, Ukrayna və Aİ-yə XƏBƏRDARLIQ: “Odla oynayırlar”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ, Avropa İttifaqı (Aİ) və Ukraynaya “odla oynadıqlarına” dair xəbərdarlıq edib.

Bu barədə Rusiya XİN-nin bəyanatında qeyd edilib.

Bəyanata əsasən, rəsmi Moskva Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiya ərazisinə hücumlarını cavabsız qoymayacaq.

“Bununla yanaşı, Rusiya xaricdəki aktivlərinin müsadirə edilməsi və istifadəsini soyğunçuluq kimi qiymətləndirəcək”, - deyə bəyanatda bildirilib.

Infoteka.az