Ermənistan sərhədçiləri Azərbaycanla dövlət sərhədinin delimitasiya olunmuş hissəsində xidmətə başlayıblar.
Bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Belə ki, onların silahsız olduğu bildirilir.
Qeyd edək ki, 2024-cü il 19 aprel tarixində əldə olunan razılaşmaya uyğun olaraq Qazax rayonunun Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd dirəkləri quraşdırılıb.
Hərbi