Infoteka.az
Dünya

Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin həmkarını gecikmiş ad günü münasibətilə təbrik edib.

Bildirilib ki, dövlət başçıları Rusiya-Qazaxıstan müttəfiqliyinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

Putin həmçinin Tokayevə mayın 17-də yekunlaşan Çinə dövlət səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Infoteka.az