Infoteka.az
Dünya

İran rəsmilərinin qəzaya uğradığı helikopteri "Akınçı" tapdı

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer “Akınçı” sayəsində tapılıb. 

Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edərək qəzanın baş verdiyi yeri müəyyən edib. 

Xatırladaq ki, qəzaya düşən helikopterin göyərtəsində sağ qalan olmayıb. İranın 4 rəsmisi və 5 ekipaj üzvü həlak olub.

Infoteka.az