Infoteka.az
Siyasət

Ərdoğan: “30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılmasından məmnunuq”

“30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə edilməsindən məmnun olduq. Cənubi Qafqaz regionunda əldə edilən bu tarixi fürsətin əldən verilməməsi olduqca zəruridir”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı bildirib.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi ilə davamlı sülhün əldə edilməsində göstərdiyi səyləri yaxından izləyir:

“Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olunması üçün hər cür səy göstərəcək”.

Infoteka.az