Infoteka.az
Sosial

FAKTİKİ HAVA: Zaqatalaya dolu düşüb, Şahdağa qar yağıb

Ölkə ərazisində mayın 21-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.

Mayın 20-də saat 22:58-23:20 radələrində Zaqatala rayonuna diametri 11 mm olan dolu düşüb. Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 10-15, Aran rayonlarında 12, dağlıq rayonlarda 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olub.

Infoteka.az