Infoteka.az
Dünya

Putin Özbəkistana rəsmi səfərə yollanacaq

Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçıları ölkələr arasında ticari-iqtisadi sahədə gələcək inkişafının bir sıra praktiki məsələlərinə toxunublar.

Həmçinin telefon danışığı zamanı V.Putinin Özbəkistana qarşıdan gələn dövlət səfərinə hazırlığın gedişatı müzakirə edilib.

Infoteka.az