Infoteka.az
Dünya

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

"Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq".

Bu barədə Şengen vizasının qiymətinin iyunun 11-dən etibarən 90 avroya qədər artırılacağı barədə sorğuya cavab olaraq Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Bildirək ki, Şengen vizası rüsumları hər üç ildən bir artır. Bundan əvvəl, 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı. Lakin Azərbaycan Şərq Tərəfdaşlığı ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi.

Infoteka.az