Infoteka.az
Dünya

Şolts Rəisinin ölümü ilə bağlı BAŞSAĞLIĞI VERİB

Almaniya kansleri Olaf Şolts İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Şolts Rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Möhbərə məktub ünvanlayıb.

“İran İslam Respublikası hökumətinə və təbii fəlakətdə həlak olanların ailələrinə başsağlığı veririk”, - deyə mətndə qeyd edilib.

Qeyd edək ki, mayın 19-da axşam saatlarında İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb.

Aralarında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı İranda beş gün matəm elan edilib. 

Infoteka.az