Infoteka.az
İqtisadiyyat

COP29-la bağlı vergi güzəştləri tətbiq EDİLƏCƏK

Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştləri tətbiq ediləcək. 

Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. 

 

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Infoteka.az