Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % artaraq 6 milyard 416,3 milyon manat təşkil edib.
İnfoteka.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 4 milyard 894,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 76,3 %-ni təşkil edib.
9 ay ərzində hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən 89,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.