Infoteka.az
Siyasət

Mirzoyan: Ermənistan Aİ ilə münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir

Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər hərtərəfli birgə tərəfdaşlıq haqqında razılaşmadan daha geniş sahələri əhatə edir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, tərəflər bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir:

“Biz bu fəaliyyəti birgə tərəfdaşlıq müqaviləsi əsasında həyata keçiririk. İndi isə avropalı tərəfdaşlarımızla əlaqələrimizin bu sənədin (SEPA) hüdudlarından kənar səviyyədə genişləndirilməsini müzakirə edirik”.

Infoteka.az