Fransa nüvə başlığı daşıya bilən yenilənmiş “ASMPA” raketinin ilk sınağını keçirib.
Bu barədə ölkənin müdafiə naziri Sebastyen Lekornu “X” hesabında məlumat verib.
“Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” təyyarəsi təkmilləşdirilmiş “ASMPA” raketinin ilk sınaq buraxılışını uğurla həyata keçirib”, - nazir qeyd edib.