Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
İnfoteka.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.
Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik "Kəpəz" 8-ci sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.