Bu gün Bakıda taksi fəaliyyəti göstərən bir neçə avtomobil zəncirvari qəza törədib.
İnfoteka.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai rayonu ərazisində "Toyota Prius" markalı 4 minik avtomobili bir-birinə çırpılıb.
Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, "Toyota Prius" markalı avtomobillərin törətdiyi qəzalara tez-tez rast gəlinir.