Infoteka.az
Siyasət

Araikdən Qarabağ AÇIQLAMASI: "Şübhəli görünür..."

"Bilirsiniz, 44 gün davam edən qanlı müharibənin nəticələri bizim üçün çox ağır oldu. Vəziyyət mürəkkəbləşib, çünki Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı öz xidmətlərini göstərməyə çalışan beynəlxalq oyunçular Qarabağ probleminə əhəmiyyət vermirlər. Onlar əlverişli tövsiyələr vermirlər.”.

İnfoteka.az Publika.az-a istinadən xəbər verir ki, Qarabağdakı separatçıların başçısı Araik Arutunyan deyib.

Separatçıların rəhbəri bildirib ki, Qarabağın dağlıq hissəsini hər hansı başqa statusda təsəvvür etmək istəmir.

Araik Arutunyan 44 günlük müharibənin yekunlarının onlar üçün çox ağır nəticələr verdiyini etiraf edib:

"Artıq Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı deyil. Rusiyanın zəmanəti olmadan Qarabağın gələcəyi şübhəli görünür".

Infoteka.az